“Regional” Bank Olmayan Kredit Təşkilatı MMC 2021-ci ildə 52 min manatlıq xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-un illik audit hesabatında qeyd edilir.
Hesabata görə, BOKT-un faiz gəlirləri 115 min manat təşkil edib, 36 min manat qeyri-faiz gəliri, 85 min manat qeyri-faiz xərcləri edib. 33 min manat isə borclara görə xərclər edib.
Ötənilki xalis mənfəəti balansındakı 69 min manatlıq yığılmış zərəri bir qədər azaldıb.