12 C
Baku
Friday, November 28, 2025

Dollarla qoyulan əmanətlərin 69% -i sığortalanıb

2015-ci ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 561 mln. manat təşkil etmişdir.

Banker.az fondun saytında dərc edilmiş məlumata əsasən xəbər verir.

Cari ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb. Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i sığortalan əmanətçilərdir. Cari ilin 6 ayın yekunlarına görə sığortalanan əmanətçilərin sayı 6 444 188 (90 %) nəfərdir.

Sığortalanan əmanətlərin 69% – i ABŞ dollarının, 27% – i manatın, 4% – i avronun payına düşür.

Cari ilin 6 ayın yekunlarına görə Fondun sığorta ehtiyatları 103 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil etmişdir.

Cari ilin 6 ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 mln. manat olmuşdur ki, bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil etmişdir. Fondun cəmi xərcləri 766,5 min manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər