2022-ci ilin ilk 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 136.2 mln. manat və ya 10.4% artıb.
Bu barədəBanker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fondun məlumatına əsasən, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 80.1 mln. manat və ya 17.7%, qeyri-büdcə təşkilatları üzrə isə 154.3 mln. manat və ya 20.2% artımla olub.