Böyük Britaniyada aprel ayında illik inflyasiya son 40 il ərzində ən yüksək həddə çataraq 9 faiz təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə ölkənin Mili Statistika Bürosunun hesabatında deyilir.
Mart ayında Böyük Britaniyada inflyasiya 7 faizə bərabər idi.
Hesabat dövründə istehlak qiymətləri 2,5 faiz artıb.
Qeyd edək ki, Böyük Britaniyada indiyədək qeydə alınan ən yüksək inflyasiya 1982-ci ilin martında 9,1 faiz olmuşdu.