21 C
Baku
Friday, September 27, 2024

Ukraynalı qaçqınlar sığınacaq aldıqları ölkələrdə işə düzəlirlər

Çexiya, Macarıstan, Almaniya və bir sıra başqa dövlətlərin KİV-ində verilən məlumata görə, ukraynalı qaçqınlar onları qəbul etmiş və sığınacaq vermiş ölkələrdə fəal şəkildə iş axtarır və onu uğurla tapırlar.

Banker.az xəbər verir ki, müharibə gedən bu ölkədən olan qaçqınların 50 mindən çoxu Çexiyada iş tapıb. Bir qayda olaraq, işəgötürənlər işçi qəbul edərkən bu barədə müvafiq məşğulluq xidmətlərinə məlumat verməyə borcludurlar. Ukraynalı qaçqınları əsasən mövcud olan və elan edilmiş vakansiyalara qəbul edirlər. Bu vakansiyaların çoxu istehsal, tikinti, xidmət və ya nəqliyyat sahələrində uzun müddət boş qalmış yerlər olur.

Son aylarda gəlmiş ukraynalıların təqribən üçdəbir hissəsinin sözlərinə görə, onlar ali məktəb məzunlarıdır. Ukraynalı qaçqınların 23 faizinin orta təhsil haqqında, 17 faizinin peşə təhsili haqqında sənədləri var. Qaçqınların qalan üçdəbir hissəsi baza təhsilinə malikdir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər