Müharibəyə baxmayaraq, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü sürətləndirilməyəcək.
Banker.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqa müraciətində deyib.
O vurğulayıb ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Aİ-yə daxil olmaq səyləri sürətləndirilə bilməz və bunun üçün qısa yol yoxdur.
Şolts Ukrayna üçün istisnaların edilməsinin ittifaqa üzv olmaq istəyən Balkan ölkələri üçün haqsızlıq ola biləcəyini deyib.