ABŞ hakimiyyəti Rusiyanın neft gəlirlərinə daha bir zərbə vurmağa və ölkəni qlobal enerjinin əsas oyunçusu statusundan məhrum etməyə hazırlaşır. Bu barədə “New York Times” keçmiş və indiki ABŞ rəsmilərinə istinadən yazıb.
Plan xüsusilə Vaşinqtonun qərarlarına məhəl qoymayan xarici alıcılara aid olacaq ikinci dərəcəli sanksiyaların və neftin alış qiymətinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Bu şirkətlərə Qərb şirkətləri ilə iş görmək qadağan oluna bilər.