12 C
Baku
Saturday, January 11, 2025

Müvəffəqiyyət qazanmış insanların doqquz fərqli vərdişləri

İnsanların bəzi məqsədlərə çatmaqda müvəffəqiyyət qazanmağının, digərlərində isə qazana bilməməsinin əsas səbəbi nədədir? Əgər cavabı dəqiq bilmirsinizsə elə də narahat olmağa dəyməz, çünki siz bu çaşqınlığı yaşayan yeganə insan deyilsiniz. Hətta həyatda heyrətamiz uğurlar qazanmış, yüksək təcrübəli insanlar da bəzən müvəffəqiyyət və uğursuzluqlarının səbəbini anlamaqda çətinlik çəkirlər. Ağla gələn ilk cavab isə belədir –  insanlarda yarandığı andan xüsusi qabiliyyət və istedadlar ilə doğulur və buna görə də onlar müəyyən şeylərdə çox rahatlıqla uğur qazansalar da, digərlərində uğursuzluq ilə üzləşirlər. Yəni hər şey əvvəlcədən təyin olunub. Amma bu tapmacanın yalnız cüzi bir hissəsidir. Qeyd edək ki, insanların nailiyyətlərinin uzun illər ərzində araşdırılması sübut etmişdir ki, insanların uğur əldə etməsinin əsas səbəblərindən biri onların necə bir insan olması deyil, nə etməsindən asılı olur. 

1. Konkret olmaq

Qarşınıza məqsəd qoyduqda, mümkün qədər konkret olmağa çalışın. “5 funt arıqlamaq” hədəfi “bir az çəki itirrmək” hədəfindən daha aydındır, çünki bu sizə müvəffəqiyyətin necə olması haqqında gerçək təsəvvür yaratmağa imkan verir. Nə əldə etmək istədiyini qəti şəkildə bilmək, sizi onu əldə edənə qədər daha motivasiyalı olmağa vadar edir. Həmçinin, sizi məqsədinizə çatdıracaq konkret fəaliyyət planı haqqında düşünün. Sizin sadəcə “daha az yemək”  və ya “çox yatmaq” kimi vədləriniz qəti və aydın olmaq üçün həddən artıq primitivdir. “Mən həftə sonları axşam saat 10-dan gec olmayaraq yatağımda olacağam” fikri isə başqa bir şübhəyə heç bir əsas yeri qoymur və bunu həqiqətən edib-etməyəcəyinizi özünüzün də müşahidə etmənizə şərait yaradır.

2. Məqsədinizi həyata keçirmək üçün məqamları əldən verməyin

Bizim əksəriyyətimizin nə qədər məşğul olduğunu nəzərə alaraq, həmçinin eyni zamanda neçə məqsəd uğrunda çarpışdığımıza görə, təəccüblü deyil ki, biz müəyyən anlarda hədəfə doğru getmək imkanlarını əldən veririk, çünki sadəcə onları görə bilmirik. Həqiqətən bu gün sizin idman etmək üçün heç bir vaxtınız yox idi? Və ya heç cürə həmin telefon zənginə cavab olaraq təzədən zəng edə bilməzdiniz? Hədəflərə nail olmaq –bu imkanların əldən sürüşüb çıxmasına imkan verməyərək onlardan tam yararlanmaq deməkdir.

Məqamı tutmaqdan ötrü, hər bir hərəkəti harada və nə vaxt edəcəyinizə dair qərar verin. Yenə də mümkün qədər konkret olmağa çalışın (misal üçün, bunun bazar ertəsi, çərşənbə və ya cümə edəcəyinizi seçin, mən işdən öncə yarım saat açıq havada idman edəcəyəm). Araşdırmalar göstərir ki, bu tip planlama növləri sizin beyinə fürsətləri yaxşı hiss etməyə və dəyərləndirməyə kömək edəcək və uğur şanslarınızı ən azı 300% artıracaq.

3. Nə qədər uzağa gedəcəyinizi dəqiq bilin

Hər hansı bir məqsədə nail olmaq –eyni  zamanda sizin irəliləyişlərin müntəzəm və vicdanlı nəzarətini tələb edir. Bunu başqaları etmirsə, demək özünüz etməlisiniz. Əgər siz işlərinizin öhdəsindən nə dərəcədə yaxşı gəldiyinizi bilmirsizsə, onda siz öz strategiyalar və davranışınızı müvafiq olaraq tənzimləməli olacaqsınız. Öz inkişaf dinamikanızı tez-tez,  məqsəddən asılı olaraq hər həftədən bir və ya gündəlik yoxlamanız çox faydalı ola bilər

4. Realist optimist olun 

Özünüzə hədəflər təyin edəndə, hər şeyə rəğmən, çoxlu pozitiv fikirlər toplayın və məqsədə çatmanızın nə qədər həqiqətə uyğunluğu haqqında düşünün. Qabağa getmək bacarığına inam motivasiyaların yaradılmasında və davamlı dəstəklənməsində həddindən artıq yararlı bir faktordur. Lakin bundan asılı olmayaraq, məqsədə nail olmağınızın necə çətin ola biləcəyini heç də az qiymətləndirməyin. Çətin nail olunan məqsədlərin əksəriyyəti vaxt, planlama, əzmkarlıq və davamiyyət tələb edir. Araşdırmalar göstərir ki, məsələlərin öz-özünə həll olunacağı və heç bir səy göstərmədən sizin yanınıza gələcəyi fikri, sizin qabağa doğru səyahətinizdə natamam hazırlıqlı vəziyyətdə qoyur və bu da uğursuzluq ehtimallarını əhəmiyyətli dərəcədə artırır.

5. Yadda saxlayın ki, daha yaxşı olmağa can atmaq, sadəcə yaxşı olmaqdan üstündür

Məqsədlərə çatmaq üçün lazım olan bacarıqlarınızın mövcudluğuna inam çox vacibdir, lakin siz həm də inanmalısınız ki, bu bacarıqlara yiyələnmək də mümkündür. Bəziləri hesab edirlər ki, bizim zehnimiz, şəxsiyyətimiz və fiziki keyfiyyətlərimiz sabit və dəyişməzdir, yəni nə etməyimizdən asılı olmayaraq biz özümüzü inkişaf etdirə bilmərik. Nəticədə həmişə elə hədəflər seçirik ki, özümüzü sübut edə bilək, amma inkişaf etmək və yeni səriştə qazanmağa elə də can atmırıq.

Xoşbəxtlikdən, bu sahədə aparılmış onlarla tədqiqat bacarıqların sabitliyi ideyasının tamamı ilə yanlış olduğunu üzə çıxarmışdır. Bütün növ qabiliyyətlər kifayət qədər təsirə məruz qalandır. Dəyişə biləcəyiniz faktını aşkarlamaq sizə daha yaxşı seçimlər etməyə və bütün potensialınızı ortaya qoymağa imkan verəcək. Bir işdə yaxşı olmaqdansa inkişaf etməyi özünə məqsəd seçən insanlar yollarının başlanğıcında nisbətən çətinlik çəksələr də, istədiklərinə nail olurlar və onlar üçün çatmalı olduqları təyinat nöqtəsi qədər elə səfərin özü dəyərlidir.

6. Əzmkar olun

Əzmkarlıq uzunmüddətli məqsədləri həyata keçirə bilmə və çətinliklər qarşısında tab gətirmə üçün olan bir hazırlıqdır. Araşdırmalar göstərir ki, əzmkar insanlar öz həyatları ərzində daha çox təhsil alır və onların məktəb və universitetdə orta bal göstəriciləri daha yüksək olur. Əzmkarlıq West Point-də ilk can üzücü ildən sonra hansı kursantın davam gətirə biləcəyini öncədən deyən bir nüansdır. O həmçinin Scripps National Spelling Bee (orfoqrafiya müsabiqəsində) iştirakçıların neçənci dövrəyə qədər duruş gətirəcəyini də öncədən deyə bilər.

Yaxşı xəbərlər odur ki, əgər siz hal-hazırda əzmkar deyilsinizsə, siz bu istiqamətdə nə isə edə bilərsiniz. Əzmkarlığı kifayət qədər olmayan insanlar, sadəcə uğur qazanmaq üçün lazım olan keyfiyyətlər ilə doğulmadığına inanan insanlardan daha çoxdur. Əgər sizdə də özünüz haqqında belə fikir varsa, nə etmək olar, bunu ən yaxşı tərzdə deyim yolu budur ki, siz yanılırsınız. Mənim hələ öncə də qeyd etdiyim kimi səy göstərmək, planlama, davamiyyət və yaxşı düşünülmüş strategiyalar insanı uğura aparan əsl amillərdir.  Bu biliyi dərk etməniz sizə nəinki özünüzü və hədəflərinizi daha yaxşı görmək imkanı verəcək, o həmçinin əzmkarlıq istiqamətində də möcüzələr yaradacaq..

7. İradə gücünün əzələlərini yaradın

Sizin özünə-nəzarət “əzələniz” vücudunuzda olan digər əzələlər kimidir, onu çalışdırmadıqda, o da vaxt ötdükcə digərləri kimi zəifləyər. Lakin siz ondan yaxşıca istifadə edərək arada bir isinmə hərəkətlərinə yer versəniz, o getdikcə daha da qüvvətli olacaq və sizin öz məqsədlərinizə müvəffəqiyyətlə çatmanıza daha çox yardım edə biləcək.

Özünüzdə iradə qüvvəsi yaratmaqdan ötrü, adi vaxtlarda öz vicdanınızın səsi ilə etməyəcəyiniz şeylərə meydan oxuyun. Yağla zəngin olan qəlyanaltılardan imtina edin, gündə yüz dəfə oturub-durma hərəkəti edin, özünüzdə sütülləşmə hiss etdikdə belə dik dayanın və yeni bir bacarıq əldə etməyə çalışın. Siz hiss etsəniz də ki, təslim olmaq, daha narahat olmamaq istəyirsiniz və davam etməyə gücünüz çatmır, bunu etməyin. Əvvəlcə qarşınıza yalnız bir vəzifə qoyun və onunla bağlı ortaya çıxacaq problemlərin həllinə dair planlar qurun. “Hətta qəlyanaltı üçün ürəyim getsə belə mən bir neçə dilim təzə meyvə və ya üç qurudulmuş meyvə yeyəcəyəm”. Başlanğıcda bu çox çətin olacaq, lakin getdikcə asanlaşacaq və əsas da budur. Gücləriniz artdıqca isə siz öhdənizə daha bir vəzifə götürərək, özünə-nəzarət tətbiq edərək idmanla da məşğul ola bilərsiniz.

8. Taleyinizi sınağa çəkməyin

Fərqi yoxdur, siz nə qədər iradəlisiniz, yaddan çıxartmayın ki, sizin qüvvələriniz məhduddur. Özünüzü həddən artıq gücə salsanız, qüvvəniz həddən tez tükənəcək. Birdən birə üzərinizə öhdəsindən gələ bilməyəcəyiniz iki çətin tapşırıq götürməyin (siqareti tərgitmək və pəhriz saxlamaq kimi). Özünüzü çətin yollara salmayın – çox insanlar tamah və nəfslərinə sahib çıxmaq bacarıqlarına həddən çox etibar edirlər və onlar özlərini tamah hissi ilə çox üz-üzə qoyurlar. Uğurlu insanlar isə hədəfi olduğundan da çətin etməyin düzgün olmadığını bilirlər.

9. Diqqətinizi etməli olduğunuz şeylərdə cəmləşdirin, etməyəcəklərinizi isə unudun.

Siz həqiqətən də çəki itirmək, siqareti tərgitmək və ya pis xarakterinizə nəzarət etmək istəyirsiniz? Onda bu pis vərdişlərinizi hansı yaxşı vərdişlərlə əvəz edəcəyinizi planlaşdırın, fikrinizi yalnızca pis olanlarda cəmləməklə kifayətlənməyin. Fikirdən uzaqlaşmağa dair araşdırmalar sübut etmişdir ki (məsələn meymunu yada salmamaq) hər hansı bir fikirdən qurtulmaq cəhdləri, əksinə onu bizim beynimizdə daha aktiv edir. Eyni şeylər bizim davranışımızla bağlı da baş verir, hər hansı bir pis vərdişdən yaxa qurtarmaq istədikdə, bunu nail olmaq əvəzinə həmin aludəçiliyi daha da şiddətləndiririk.

Əgər siz qaydaları dəyişmək istəyirsinizsə, özünüzdən soruşun ki, mən bunun əvəzində nə etməliyəm? Məsələn. siz öz xarakterinizə nəzarət etmək istəyirsinizsə belə bir plan qura bilərsiniz “Əgər mən hirslənməyə başlasam, sakitləşmək üçün üç dəfə dərindən nəfəs alacağam”. Öz qəzəbinə yer vermək əvəzinə dərin nəfəs almalardan istifadə etməklə, bu pis vərdiş sizdən getdikcə daha çox uzaqlaşacaq və sonda tamamı ilə yox olacaq.

Mən ümid edirəm ki, uğurlu insanların fərqli etdiyi doqquz əməl haqqında oxuduqdan sonra, sizin uzun illər ərzində düzgün etdiyiniz şeylər haqqında daxili bir təsəvvür yarandı.  Dava vacibi isə, mən ümid edirəm ki, sizi uğursuzluğa sürükləyən səhv addımlarınızı da fərqləndirə bildiniz və bundan sonra bu biliyi bir üstünlük kimi istifadə edəcəksiniz. Mən xatırladıram ki, siz heç də başqa bir insana çevrilməli, daha uğurlu bir adama dönməli deyilsiniz.  Dəyişməli olan siz yox, sizin etdiklərinizdir.

Heidi Qrant Halvorson, fəlsəfə elmləri üzrə doktor, motivasiya edici psixoloq və adı çəkilən əsərin müəllifidir (Məqsədlərimizə necə nail ola bilərik (Huddson Street, mətbəə, 2011). O, həmçinin  Fast Company and Psychology Today şirkətində motivasiya və liderlik üzrə bloq mütəxəssisdir. Onun fərdi bloqunu The Science of Success (Müvəffəqiyyət Elmi) www.heidigranthalvorson.com ünvanında tapmaq mümkündür. Onu Twitter @hghalvorson-da izləyə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər