Kanada Çin telekommunikasiya şirkətləri “Huawei” və “ZTE”-nin məhsul və xidmətlərinin ölkədə istifadəsini qadağan edib.
Banker.az xəbər verir ki, bu barədə ölkənin İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan bildirib.
“Kanada Hökuməti telekommunikasiya infrastrukturumuzun uzunmüddətli təhlükəsizliyini təmin edir. Bu planın bir hissəsi olaraq hökumət Huawei və ZTE məhsul və xidmətlərinin ölkənin telekommunikasiya sistemlərinə daxil edilməsini qadağan edir”, – nazirin bəyanatdına vurğulanır.
Qeyd olunur ki, Kanada hakimiyyətinin ölkədə Çin məhsullarının istifadəsini qadağan etmək qərarı müstəqil təhlükəsizlik agentlikləri tərəfindən hərtərəfli araşdırmadan və Kanadanın ən yaxın müttəfiqləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.