Əgər siz işdə öz diqqətinizi cəmləşdirə və hər şeyi vaxtında etməyi çatdıra bilmirsinizsə, nə etmək olar, işdən tez getmək üçün bir bəhanə fikirləşin, Money Watch-un mütəxəssisi Emi Levin-Elşteyn məsləhət görür.
«İşəyən analar bu sirri yaxşı bilir: əgər işdən sonra evdə vacib nə isə etmək lazımdırsa, onda işin məhsuldarlığı artır. Özünüzə işin qurtarmasına yarım saat qalmış getməyi hədəf qoyun. Məsələn teatra getmək, sevimli rəqslərlə və ya digər bir hobbi ilə məşğul olmaq üçün, çünki çoxdandır ki, sizin bu işlərə ayırmağa vaxtınız olmur. Bu sizə kənar təsirləri, sosial şəbəkələrdəki xəbərlər oxumaq vərdişini və ya fasilələrdə iş yoldaşları ilə söhbətləri etməyi bir tərəfə qoymağa və diqqətinizi öz işləriniz üzərində cəmləyə kömək edəcəkdir».