Dünya bazarında neft ucuzlaşmaqda davam edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 47,86 dollar təşkil edib.
Banker.az məlumat verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,16 dollar azalaraq 53,14 dollar olub.