Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib.
Bu barədə respublika Prezidentinin rəsmi saytında məlumat verilib.
Bəyanatda qeyd olunur ki, Duda bazar günü, mayın 22-də Ali Radada çıxış etmək üçün Kiyevə gəlib.
Polşa Prezidentinin mətbuat xidməti əlavə edib ki, Duda müharibə başlayandan bu günə kimi Ukrayna parlamentində çıxış edən ilk xarici ölkə başçısı olacaq.