16 C
Baku
Friday, October 18, 2024

Naxçıvanda hər bir nəfərə düşən ÜDM-in həcmi artıb

Naxçıvan MR-də 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1.7% çoxdur.

Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1 676.8 manat olub.

Komitənin məlumatına əsasən, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-aprel aylarında 354 milyon 200 min 800 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.6% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər