10 C
Baku
Wednesday, December 11, 2024

Prezidentin sərəncamından sonra vakant qalan vəzifələrə təyinat olub

Azərbaycan Prezidentinin sərəncamı ilə “Agro Dairy” MMC-nin və “Agro Supply” MMC baş icraçı direktoru Vahid Hacıyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsindən sonra onun bu şirkətdəki vəzifəsi vakant idi.

Banker.az-ın əldə etdiyi məlumata görə, hər iki şirkətə baş icraçı direktor kimi Ramil Məmmədov Edilman oğlu təyin edilib.

R.Məmmədov da V.Hacıyev kimi “Agro Dairy” MMC-yə qədər “BP Azərbaycan”da çalışıb və 2020-ci ildən adıçəkilən şirkətdə çalışır.

“Agro Diary” 8 ildir fəaliyyət göstərir və hazırda Tovuz, Hacıqabul və Samux rayonlarında buğda və qarğıdalı sahələrini müasir formada yetişdirir. Şirkət 12 559 217 manat nizamnamə kapitalına sahibdir.

“Agro Supply” MMC isə 2017-ci ildə yaradılıb və 101 010 manat nizamnamə kapitalına sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər