Azərbaycanda 2022-ci ilin yanvar-aprel aylarında 8 min ton kolbasa istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanda kolbasa istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çox olub.
Cari ilin 1 may vəziyyətinə Azərbaycanda hazır kolbasa məhsulu ehtiyatı isə 28 ton təşkil edir.
Ümumi qida məhsullarının istehsalında isə ötən illə müqayisədə 8.5% artım olmuşdur.