18 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanın bank sektorunun aktivləri 40 milyard manatı keçdi

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 40 149.2 milyon manat təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 22.4% çoxdur.

Bankların aktivlərinin 17 840.4  milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22% böyüyüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 25.3% artaraq 35 159.2 milyon manata, o cümlədən depozit portfeli 34% artaraq 28 613.7 milyon manata çatıb.

Bunun 10 340.4 milyon manatı fiziki, 18 273.3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər