9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda bank şöbələrinin sayı yenidən artıb

Bu ilin aprel ayında Azərbaycanda bank filiallarının sayında nominal ifadədə 1, bank şöbələrinin sayı isə 2 sayda artım olub. 30 aprel tarixinə olan məlumata əsasən, onların sayı müvafiq olaraq 487 və 97 təşkil edir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Qeyd edək ki, ilin əvvəlidə bank filiallarının sayı 479 idi. Şöbələrin sayı isə hesabat dövründəki kimi 97 idi. Lakin mart ayında şöbələrin sayı azalaraq 95-ə düşmüşdü.

AMB-nin hesabatına əsasən, aprel ayı ərzində bankomatların sayında cəmi 1 vahid azalma olub. 30 aprel tarixinə olan statistik göstəriciyə əsasən, ölkə üzrə bankomat sayı 2 933-dür.

Son xəbərlər
Digər xəbərlər