10 C
Baku
Wednesday, December 11, 2024

Litva prezidenti Rusiyadakı səfrini geri çağırdı

Litva prezidenti Gitanas Nauseda iyunun 1-də diplomat Eitvidas Bayarunasın Rusiyadakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Bundan əvvəl Litva hökuməti Rusiya hərbçiləri tərəfindən Kiyev vilayətinin Buça şəhərində vəhşicəsinə qətllər törətdiyinə dair sübutların ortaya çıxmasından sonra səfiri geri çağırmağı təklif etmişdi.

Rusiyanın təcavüzü ilə əlaqədar olaraq, Litva aprel ayında Rusiyanın Vilnüsdəki səfirliyinin rəhbəri Aleksey İsakovu və Klaypedadakı Baş Konsulluğunu ölkədən çıxarmaq, habelə bu şəhərdəki Rusiya diplomatik missiyasını bağlamaq və Litva ilə Rusiya arasında diplomatik missiyanı azaltmaq barədə qərar qəbul edib.

Rusiya səfirliyinin 4 əməkdaşı da diplomatik statusa uyğun gəlməyən fəaliyyətə görə ölkədən çıxarılıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər