15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda koronavirusla bağlı bu tələb ləğv edildi

Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin pandemiya ilə əlaqədar COVID-19 testi verməsi tələbi ləğv olunub. Artıq dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.

Banker.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumatı təsdiqləyib.

Şöbə müdiri bildirib ki, tibb ocaqlarında test tələbi aradan qaldırılıb:

“Artıq COVID-19 testlərinin götürülməsi tibbi göstəriş əsasında icra olunur. Tibbi göstəriş dedikdə, xəstədə COVID-19 virusuna xas şübhəli əlamətlərin (qızdırma, şübhəli təmas, öskürək və s.) olması nəzərdə tutulur”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər