DTX-nın işçilərinin aylıq vəzifə maaşlarının məbləğində dəyişiklik olub.
Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 388 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1542; 2020, № 6, maddə 782; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 mart tarixli 89 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə və 2 nömrəli əlavə – “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib.
Bu Qərar 2022-ci il martın 17-dən tətbiq edilir.