Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirib.
Bu barədə Mikayıl Cabbarovun Tvitter hesabına istinadən xəbər verib.
Nazir bildirib ki, görüşdə Azərbaycan-AYİB əlaqələri, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və əməkdaşlığın perspektivləri müzakirə edilib.