“Xiaomi” şirkəti yeni Redmi Note 11 smartfon ailəsini təqdim edib – 11 SE, 11T Pro və 11T Pro+. İstehsalçı vurğulayır ki, bütün modellər 5G texnologiyasını dəstəkləyir. Cihazların satışının mayın sonu başlayacağı bildirilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Hər üç yenilik MediaTek çipini alıb. Versiyadan asılı olaraq, smartfonlar 6 və ya 8 GB operativ; 128, 256 və ya 512 GB daxili yaddaş alıb.
Smartfonların kameraları da fərqlənir – 11 SE modeli 48 MP, 11T Pro və 11T Pro+ isə 64 MP kamera ilə təchiz olunub. Modellərin qiyməti 270-360 dollar arasında dəyişir.