Bu ilin aprel ayına olan göstəricilərə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqlarının həcmi 30 mln. 187.8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9% çoxdur.
Banker.az bu barədə Mərkəz Banka istinadən xəbər verir.
Hesabat dövründə bu sığorta növü üzrə sığorta ödənişlərinin həcmində isə azalma olub. Belə ki, ödənişlər illik müqayisədə 46.4% azalaraq 332.6 min manat olub. Ötən ilin aprel ayında bu rəqəm 620.8 min idi.