Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə ödənilən subsidiyaların həcmi açıqlanıb.
Bu barədə Banker.az Hesablama Palatasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında rəyinə istinadən xəbər verir.
Rəydə deyilir ki, İpoteka və Kredit Zəmanət Fonduna 87.5 mln. manat (güzəştli ipoteka kreditlərinin verilməsi üçün 71,0 mln. manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 16,5 mln. manat), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə 71.0 mln. manat vəsait yönəldilmişdir.
Azərbaycan Respublikasının ərazi bütölüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olmuş şəxslər və şəhid ailələri üçün mənzillərin alınması və fərdi evlərin tikintisi üçün 34.8 mln. manat icra edilmişdir.