2022-ci ilin I rübündə manatla pul təklifinin dinamikası əsasən fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərib.
Banker.az bu barədə AMB-in “Pul siyasəti icmalı”na əsasən xəbər verir.
Rüb ərzində manatla pul bazası 19.9% azalmış və dövrün sonuna 14.4 mlrd. manat təşkil etmişdir. Sistem əhəmiyyətli bəzi banklarla aparılan müddətli depozit əməliyyatları təmizlənməklə manatla pul bazası ilin əvvəlinə nəzərən 7.8% azalıb.
Dəyişmə əsasən profisitli dövlət büdcəsi şəraitində hökumət hesabları qalığının artması ilə əlaqədardır.