13 C
Baku
Friday, November 22, 2024

İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlar gəlir vergisinə cəlb olunurmu?

Azərbaycanın vergi sistemində aparılan islahatlarda sosial yönümlü dəyişikliklərdən birini mühasibat mütəxəssisi Emin Salamov şərh edir:

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Bununla yanaşı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən müavinətlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 102.1.14.3-cü maddəsində, gəlir vergisindən azadolmalar və güzəştlər hissəsindən çıxarılmışdı və 2021-ci ilədək Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu.

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Son xəbərlər
Digər xəbərlər