13 C
Baku
Saturday, November 23, 2024

Almaniyada inflyasiya 50 illik maksimuma çatıb

Almaniyada may ayında inflyasiya illik ifadədə 7.9%-ə çatıb, Banker.az bu barədə  “Kommersant”a istinadən xəbər verir. Vurğulanır ki, bu göstərici demək olar ki, 50 il ərzində rekord olub.

Əvvəlki kimi, ilk növbədə enerji daşıyıcılarının qiymətlərində artım olub – 2021-ci ilin eyni dövrü ilə müqayisədə may ayında 38.3% bahalaşma olub. Ərzaq məhsullarının qiymətləri də xeyli artıb – 11.1%. Ümumilikdə, əmtəələrin qiyməti 13.6%, xidmətlərin qiyməti isə 2.9% yüksəlib.

Almaniya Ticarət və Sənaye Palatalarının Federal Assosiasiyası (DIHK) 2022-ci ilin sonuna qədər ölkədə inflyasiyanın bütövlükdə 7%-ə çatacağını proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər