2 C
Baku
Saturday, December 14, 2024

Ərdoğanla görüşdən sonra Qətər əmiri Türkiyə şirkətinə ortaq oldu – Qətərin ortaq olduğu Türkiyə şirkətlərinin siyahısı

Qətər Əmiri Şeyx Təmim Bin Hamed Əl Saninin 15 gün əvvəl Türkiyəyə səfərindən sonra ölkəsinin investisiya fondu QIA-nın Doğuş Holdinqin restoranlar şəbəkəsinə ortaq olduğu iddia edilib.

İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Qətər Əmiri Şeyx Temim Bin Hamed Əl Sani Doğuş Holdinqin İdarə Heyətinin sədri Ferit Şahenklə Qalataportu gəzib. Doğuş Holdinqin baş iscraçı direktoru Ferit Şahenk bu görüşdən sonra içtirak etdiyi tədbirdə qrup daxilində fəaliyyət göstərən qida və içki şirkətləri təşkilatı olan “d.ream”ə (Doğuş Restoran Əyləncə və Menecment) ortaq gələcəyini açıqlamışdı.

Ortaqlığın kiminlə ediləcəyini açıqlamayan Şahenk belə deyib: “İndi turizmdə və bütün qonaqpərvərlik xidmətlərində marka olma vaxtıdır. Bizim “d.ream” şirkətimiz dünyanın arxasınca getdiyi böyük bir şirkətə çevrildi. İnstitusionallaşmamızda iki il əvvəl dünyanın ən əhəmiyyətli investorlarından biri olan “Temasek” şirkəti 17%-ə sahibdir. Çərşənbə günündən etibarən dünyanın ilk 10-luğuna daxil olan mühüm institusional investor da şirkətin 20%-inə ortaqlıq edəcək”.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nusr-et, Günaydın və Zuma kimi restoran şəbəkələrindəki “d.ream”in 20%-i Qətər dövlətinin sərvət fondu olan Qətər İnvestisiya Təşkilatı (Qatar Investment Authority – QIA) tərəfindən alınıb. Ortaqlıq müqaviləsinin məbləğinin təxminən $300 mln. olduğu bildirilib.

Qeyd edək ki, “d.ream” 2012-ci ilin mart ayında Türkiyədə qida və içki sənayesini korporativ standartlara çatdırmaq məqsədi ilə yaradılıb. Hazırda 16 ölkədə 142 fərqli yerdə 8 500 işçisi olan şirkətin 17.34%-i 2018-ci ilin aprel ayında Sinqapur Dövlət Fondu “Temasek” və London mərkəzli aktivlərin idarə edilməsi şirkəti “Metric Capital”a $200 mln.-a satılıb.

$335 mlrd.-lıq aktivi ilə diqqət çəkən QIA 2005-ci ildə Qətərin keçmiş əmiri Həməd bin Xəlifə Al Tani tərəfindən neft və qazın artığını idarə etmək üçün yaradılıb. QIA qlobal miqyasda ən böyük və ən aktiv suveren sərvət fondlarından biridir. Bir çox sektor və regionda müxtəlif sahələrə sərmayə qoyan QIA diqqətini Qətər Dövlətinin rifahına töhfə verəcək qlobal və müxtəlif investisiya portfeli yaratmaq üçün dünyanın aparıcı qurumları ilə əməkdaşlığa yönəldir. Dünyanın məşhur bank nəhəngi “Barclays”də 12.7%, “Volkswagen Group”, “Porsche”, “Hochtief Sainsbury’s”də 17%-lik paya sahib olan QIA həmçinin “Technip”, “Air Liquide”, “Vinci SA”, “GDF Suez”, “Veolia”, “Vivendi”, “Royal Monceau”, “France Telecom, Areva”, “Credit Suisse” kimi nəhənglərdə də ortaqlıq payına sahibdir.

Qeyd edək ki, son illərdə Türkiyə ilə siyasi və iqtisadi əlaqələrdə olan Qətərlilər bir çox sahələrə sərmayə qoyublar. Qətər əmiri hər dəfə Türkiyəyə gələndə yeni alışlar edirdi. Qətərin aldığı və ya ortaq olduğu bəzi mülklər və şirkətlər bunlardır: “Digiturk”, “Finansbank”, “Abank”, “Borsa İstanbul”, “Beymen”, “Network”, “BMC”, “İstinye Park”, “Antalya Limanı”, “SeaPearl Ataköy”, “Banvit”, “Şehzade Burhanettin Efendi Mansion”, “Süleymaniye layihəsi”.

Son xəbərlər
Digər xəbərlər