Türkiyədə aprel ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 98.5% artaraq 6 milyard 113 milyon dollara yüksəldi. Yanvar-aprel dövründə xarici ticarət kəsiri 130 faiz artaraq 32 milyard 553 milyon dollara çatıb.
Banker.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2022-ci ilin aprel ayı üzrə Xarici Ticarət Statistikasını açıqlayıb.
2022-ci ilin aprel ayında ixrac əvvəlki ilin eyni ayına görə 24.6% artaraq 23 milyard 368 milyon dollara, idxal isə 35% artaraq 29 milyard 480 milyon dollara çatıb.
2022-ci ilin yanvar-aprel dövründə ixrac əvvəlki ilin eyni dövrünə görə 21,6% artaraq 83 milyard 531 milyon dollara, idxal isə 40.2 faiz artaraq 116 milyard 85 milyon dollara çatıb.
Aprel ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 98,5% artaraq 3 milyard 80 milyon dollardan 6 milyard 113 milyon dollara yüksəldi.
Yanvar-aprel dövründə xarici ticarət kəsiri 130 faiz artaraq 14 milyard 154 milyon dollardan 32 milyard 553 milyon dollara yüksəlib.