13 C
Baku
Monday, September 30, 2024

İqtisadiyyat Nazirliyindən icarə müqavilələrinin ləğvi ilə bağlı açıqlama

“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir sıra firma və şirkətlərə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı son günlərdə bəzi kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar yayılır. Bildiririk ki, qaldırılan iddiaların səbəbi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi və qanunvericiliyə uyğun olaraq yeni icarə müqavilələrinin bağlanması tələbinə riayət edilməməsidir”.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, Dövlət Xidməti tərəfindən atılan addım icarə müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl edilməsinə xidmət edir.

Son xəbərlər
Digər xəbərlər