14 C
Baku
Sunday, November 24, 2024

Xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsi açıqlanıb

“Hesablama Palatası tərəfindən 2012-2021-ci illər üzrə aparılmış təhlilə əsasən qeyd etmək istərdik ki, pandemiya şərtlərinin hökm sürdüyü 2020-ci il istisna olmaqla, digər illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri müdafiə olunan xərcləri üstələyib. Hesabat ilində bu xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsi 107,8% təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 10,6 faiz bəndi çoxdur”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2020-ci illə müqayisədə cari xərclərin cəmi dövlət büdcəsi xərclərində payı azalıb və cari xərclərin qeyri-neft sektoru hesabına maliyyələşdirilməsi üzrə müsbət meyllər izlənilib: “Hesabat ilində cari xərclərin qeyri-neft gəlirləri ilə təmin olunma səviyyəsi 2020-ci illə müqayisədə artıb, 2017-ci ildən sonra ilk dəfə olaraq qeyri-neft ÜDM-nin nominal artım tempi cari xərclərin dəyişimini üstələyib. Ümumiyyətlə, dövlət büdcəsində proqramlılığın bir neçə istiqamət (Dövlət İnvestisiya Proqramı, OMXÇ və ayrı-ayrı sahələr) üzrə müəyyən edilməsi və bu işin fərqli qurumlar tərəfindən tənzimlənməsi həmin istiqamətdə fəaliyyətin sinxronlaşdırılması və tamamlanması zərurətini ortaya qoyur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər