14 C
Baku
Sunday, November 24, 2024

“Azərbaycan Mikro Kredit BOKT” MMC -nin 2021-ci il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb

Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.

Kredit təşkilatının faiz gəlirləri 417 min 819 manat, faiz xərcləri 78 min 988 manat, qeyri-faiz gəlirləri 12 min 670 manat, qeyri-faiz xərcləri 682 min 257 manat  təşkil edib.

31 dekabr 2021-ci il tarixinə “Azərbaycan Mikro Kredit BOKT” MMC-nin cəmi aktivləri 2 milyon 452 min 431 manat olub ki, bu da illik müqayisədə 19.61% artım deməkdir. Bunun 1 milyon 905 min 402 manatı müştərilərə verilmiş kreditlərdir. 2020-ci ildə bu göstərici 1 milyon 453 min 335 manat olub.

Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 120.62% artaraq 1 milyon 114 min 566 manat, cəmi kapitalı isə 1 milyon 337 min 865 manat olmuşdur.“Azərbaycan Mikro Kredit BOKT” MMC -nin illik zərərinin həcmi isə 207 min 229 manat təşkil edib.

Təşkilat 2014-cü ildə yaradılıb. “Azərbaycan Mikro Kredit BOKT” MMC-nin 2021-ci il ərzində 5 filialı fəaliyyətə başlamışdır.

Son xəbərlər
Digər xəbərlər