13 C
Baku
Sunday, October 20, 2024

İyul ayında 115 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Banker.az İSB-na istinadən xəbər verir ki, 2015-ci ilin iyul ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınmışdır. Bunların 15 921-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 milyon manat təşkil etmişdir. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilmişdir.

2015-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 591 minə yaxın sığorta müqaviləsi bağlanmış və bu müqavilələr üzrə sığorta haqları 45,8 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər