“WhatsApp”a çoxdan gözlənilən funksiya gəlib. Tərtibatçıların verdiyi məlumata görə, artıq messencerdə göndərilən mesajı redaktə (“Edit”) etmək mümkün olacaq.
Banker.az xəbər verir ki, ilk dəfə bu funksiya haqqında 2017-ci ildə danışılıb, lakin tətbiq edilməyib. Bildirildiyi kimi, yenilik tətbiqin həm Android, həm iOS, həm də desktop versiyalarında əlçatan olacaq.
Yeni funksiya göndərilən mesajda yazı səhvlərini düzəltməyə imkan verəcək. Mesajı redaktə etmək üçün üzərinə basıb kontekst menyuda “Redaktə etmək” seçimini etmək kifayət edəcək.