7 C
Baku
Thursday, December 12, 2024

“Pakistan Türkiyə ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağa hazırdır”

“Pakistan Türkiyə ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağa hazırdır”.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif Türk Ticarət və Sənaye Palatasının, Türkiyə Palatalar və Birjalar Birliyinin Ankarada Türkiyə-Pakistan biznes forumu çərçivəsində təşkil etdiyi işçi naharda deyib.

Onun sözlərinə görə, 1,1 milyard dollarlıq ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını əks etdirmir və 3 il ərzində bu rəqəmi 5 milyard dollara çatdırmaq imkanları var.

Ş.Şərif türkiyəli sahibkarları Pakistana aktiv sərmayə qoymağa dəvət edib və ölkədə işləmək üçün lazımi şəraitin yaradılacağını vəd edib.

O, həmçinin Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra göstərdiyi köməyə görə Türkiyə Prezidentinə və xalqına təşəkkür edib: “Türkiyənin təşəbbüsü ilə Pakistanda xəstəxanalar, məktəblər tikilib, maliyyə yardımı göstərilib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər