26 C
Baku
Tuesday, April 30, 2024

Valyuta ehtiyatı azalacaq – Ekspert rəyi

Mərkəzi Bank ötən ay yenidən alış aparmağa məcbur olub. Elə bunun nəticəsidir ki, valyuta ehtiyatı iyulda 18.5 milyon dollar azalaraq 8,5 milyard ollara düşüb.

Ekspert Samir Əliyev bildirir ki, bu müddətdə də pul bazası 19,5 milyon manat azalı. Azalma təxminən valyuta ehtiyatı qədərdir. Deməli, Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb. Məlumat üçün bildirib ki, iyul ayında neftin dünya bazar qiyməti $62-dən $53-ə düşüb. Hazırda $50-yə yaxınlaşır. Göründüyü kimi, neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması üst-üstə düşüb. Ancaq əriməni təkcə neftin qiymətinə bağlamaq düzgün olmazdı.

Bu, daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsaitlər daha təhlükəsiz yerə – Türkiyə, Yunanıstan, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki ölkədə hazırda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər