10 C
Baku
Monday, November 25, 2024

Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq

İsti havada sürücülərin kondisionersiz maşınları idarə etməmələri tövsiyyə edilir.

Son günlər isti hava şəraitilə əlaqədar olaraq Baş Dövlət Yol Polis İdarəsi sürücülərə xəbərdarlıq edib. İsti havada sürücülərin kondisionersiz maşınları idarə etməmələri tövsiyyə edilir.

Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) bildirdilər ki, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir. Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir.

İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərdən kondisioneri olmayan avtomobillərdən saat 12.00-dan 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur.

“Əgər sürücü yola çıxmaq məcburiyyətində qalarsa, o zaman sürücü birinci növbədə komplektləşdirilmiş dərman qutusuna fikir verməlidir. Çünki, yolda həm özünün, həm də sərnişinin halı pisləşə bilər. Bundan əlavə sürücü özü üçün mümkün qədər içməyə ehtiyat su da götürsün. Bəzən elə olur ki, kiminsə istidən vəziyyəti pisləşir və bu da yaşayış məntəqələrindən bir qədər aralıda təsdüf edə bilər”, – deyə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Odur ki, isti havalarda ehtiyatı əldən verməyin. Əks halda getdiyiniz ünvan xəstəxana ola bilər.

ANS TV

Son xəbərlər
Digər xəbərlər