İŞÇININ VƏZIFƏSI:
• PAŞA Holdingə daxil olan bankların Azərbaycanda və xaricdə fəaliyyətləri haqqında müntəzəm hesabat əsasında fasiləsiz monitorinqinin aparılması və fəaliyyətin istiqamətləri, eyni zamanda həmin fəaliyyət ilə bağlı olan risklər və ya hər hansı digər məsələlər haqqında Bankçılıq Qrupunun direktorunun məlumatlandırılması;
• Müşahidə Şurasının və/və ya Müşahidə Şurasına hesabat verən komitələrin qərarlarının banklarda vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə banklar ilə qarşılıqlı əlaqə;
• Müxtəlif layihələr/qərarlar/metodologiyaların PAŞA Holdingə daxil olan banklara uyğun səviyyədə qurulması və həyata keçirilməsi məqsədilə Holdingin daxilindəki funksional Qruplar ilə (məsələn, Maliyyə, Risklərin idarəedilməsi, İR, Audit, İT, PMO) qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi;
• Bankaların biznes ehtiyaclarına təsir göstərə biləcək potensial dəyişikliklər üçün bankların, bank sektoru və tənzimləyici orqanların monitorinqi;
• Bankçılıq qrupunun direktoru tərəfindən verilmiş tapşırıqlar əsasında tələb olunan xüsusi təhlillərin aparılması;
• Müxbir xətti, həmçinin bilik və təcrübənin artırılması üçün biznes təşəbbüsləri sahəsində fəaliyyət göstərilməsi, eyni zamanda mülkiyyət münasibətlərinin həcminin artırılması və digər istiqamətində iş;
TƏLƏBLƏR:
• MİS (informasiya sistemlərinin idarəedilməsi), nəzarət, hesabat və/və ya mərkəzi/kommersiya/investisiya banklarında risklərin idarəedilməsi sahəsində 3-4 il peşəkar təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Güclü analitik bacarıqları;
• Güclü ünsiyyət bacarıqları;
• Layihələrin idarə olunması sahəsində müəyyən bacarıqların olması arzuolunandır;
• İngilis, Azərbaycan və Rus dillərində mükəmməl bilik;
• Excel və analoji proqramların mükəmməl bilik səviyyəsi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Bankçılıq Qrupu daxilində mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 31 Avqust, 2015-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.







