Banker.az xəbər verir ki, Bank VTB –nin mənfəəti azalıb. Belə ki, cari ilin II rübündə bank 11 milyon 57 min manat zərər edib. Bu isə o deməkdir ki, bank cari ilin birinci rübündə 6 979 260 manat, ikinci rübündə isə 4 077 610 manat zərər edib.
Bankın aktivləri isə ötən rüb ilə müqayisədə 27 566 690 manat, yəni 8% azalaraq, 339 831 250 manat təşkil edib. Bankın öhdəlikləri isə II rüb 23 540 850 manat, yəni 7% azalaraq 301 915 270 manat olub.
Bankın kapitalı isə ilin əvvəlindən 9 859 710 manat 21%, ötən rüb ilə müqayisədə isə 4 025 840 manat yəni 10% azalaraq 37 915 980 manat təşkil edib.