14 C
Baku
Saturday, November 23, 2024

Qırğızıstanın səhiyyə naziri saxlanılıb

Qırğızıstan Baş Prokurorluğu səhiyyə naziri Alımkadır Beyşenalievi saxlayıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Sosial şəbəkələrdə Beyşenalievi xüsusi təyinatlıların müşayiət etdiyi video yayılıb. Onun saxlanılma səbəbləri barədə məlumat verilmir.

Qırğızıstan Baş Prokurorluğu və ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi hazırda bu məsələni şərh etmir. Respublikanın Səhiyyə Nazirliyinin də bununla bağlı məlumatı yoxdur.

Qeyd edək ki, Beyşenaliev 2020-ci ildən Qırğızıstanın Səhiyyə Nazirliyinə rəhbərlik edir.

 

 

Son xəbərlər
Digər xəbərlər