9 C
Baku
Monday, November 18, 2024

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Ai) ölkələrinin səfirləri təşkilatın Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Fransanın qurumdakı nümayəndəliyi məlumat verib.

Aİ-nin altıncı sanksiyalar paketinə Rusiyadan dəniz yolu ilə neft tədarükünə qadağa daxildir. Üstəlik, sanksiyalar paketi boru kəməri ilə neftin idxalına embarqo qoyulmasına imkan verir.

“Səfirlərin qərarı var. Altıncı sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında cümə günü dərc edildikdən sonra qüvvəyə minəcək”, – diplomat bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər