Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
İyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barrel artırılaraq 706 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 12 min barrel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 30-cu iclasının 30 iyun tarixində keçirilməsi razılaşdırılıb.