Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi açıqlama verib.
Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşmışdı.