Avropa Komissiyası OPEC-ın iyul və avqust aylarında neft hasilatını artırmaq qərarını alqışlayır.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Varşavada mətbuat konfransında çıxış edən bildirib.
“OPEC-in neft hasilatını artırmaq qərarını alqışlayıram. Bu, qiymət sabitliyinə töhfə verəcək”, – o deyib.
Qeyd edək ki, iyunun 2-də OPEC+ ölkələri iyul və avqust aylarında neft hasilatını sutkada 648 min barel artırmaq barədə razılığa gəliblər. Alyansın üzvləri sentyabr ayı hasilat kvotasını iyul və avqust ayları üçün bərabər bölüşdürmək qərarına gəliblər.