Yaponiyada neft 2008-ci ilin avqustundan bəri ən maksimum qiymətə çatıb.
Banker.az xəbər verir ki,bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Dubay xam neftinin bir kilolitrinin (6,289 barel) qiyməti 640 dolları keçib ki, bu da ötən günlə müqayisədə təxminən 20 dollar çoxdur.
Məlumata görə, buna səbəb bir sıra analitiklərin OPEC+-ın yeni qərarına şübhə ilə yanaşması və onu qlobal enerji bazarında vəziyyətin real sabitləşməsi baxımından effektiv hesab etməməsidir.
Cümə axşamı günü OPEC+ ölkələri iyul və avqust ayları üçün gündəlik 432 min barel neft hasilatı kvotasını bərabər şəkildə bölüşdürmək qərarına gəliblər.
Beləliklə, iyul və avqust aylarında hasilatın həcmi sutkada 648 min barel olacaq.