23 C
Baku
Tuesday, October 1, 2024

Bakıda “Starbucks” açılır

Bakıya çoxdandır gözlənilən “Starbucks” gəlir.

Son iki ildə yerli mediada Bakıda Starbucks qəhvə evinin açılması ilə bağlı xəbərlər yayılmışdır. Lakin sonradan həmin xəbərlərin yalan olduğu müəyyən olunmuşdur. Qeyd edək ki, qəhvə evinin açılışının sentyabr ayında olacağı gözlənilir. Belə ki, Facebook-da mağazanın Port Baku Mall-da çəkilmiş şəkli yayılıb. Şəkildə hətta ticarət mərkəzində “Starbucks”-un lövhəsini də görə bilərsiniz.

Qeyd edək ki, Starbucks Amerikanın qəhvə satışı üzrə ən böyük şirkətidir və eyniadlı qəhvə evi şəbəkəsinə malikdir. İdarəçi şirkət Starbucks Corporation-dur. Starbucks dünyada ən böyük qəhvə evi şəbəkəsinə malikdir – buraya 60 ölkədə 19 mindən çox qəhvə evi var.

Son xəbərlər
Digər xəbərlər