15 C
Baku
Sunday, November 24, 2024

Rusiya Kanadanın sanksiyalarına cavab verdi

Rusiya 41 Kanada vətəndaşına sanksiya tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyahıya “Ukraynada ultra-millətçi qüvvələrə dəstək verən təşkilatların rəhbərləri, eləcə də yüksək səviyyəli hərbi məmurlar” daxil edilib.

Siyahıya Kanada Ukrayna Konqresi, Ukrayna Kredit İttifaqı, Karpat Kredit İttifaqı, Ukrayna Kredit İttifaqları Şurası kimi təşkilatların nümayəndələri daxildir.

Bundan əlavə, Kanadanın müdafiə nazirinin səkkiz müavinini də ölkəyə buraxılması qadağan edilib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlər “rəsmi Ottavanın mayın 8-də elan etdiyi daha bir anti-Rusiya şəxsi sanksiyalarına” cavab olaraq tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər