Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini Yer üzündən siliblər.
Bu barədə Kiyev vilayəti Milli Polisinin məlumatında deyilir.
Limanın meri Aleksandr Juravlevin sözlərinə görə, şəhər tamamilə işğal olunub. Orada qaz, su, işıq yoxdur.
“Orada 7,5 min nəfərə yaxın sakin var. Onları evakuasiya etməyə hələ imkan yoxdur”, – Juravlev bildirib.
“Şəhər sadəcə mövcud deyil, Rusiya hərbçiləri onu tamamilə dağıdıblar”, – o vurğulayıb.
Qeyd edək ki, Rusiya hərbçiləri mayın 30-da Severodonetsk əyalətinə daxil olublar və Limanda möhkəmləniblər.