10 C
Baku
Thursday, December 12, 2024

S.Ərəbistanı pandemiyadan sonra Həcc ziyarətinə gələn ilk əcnəbi zəvvarları qəbul edib

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyasından sonra Həcc ziyarətinə gələn ilk əcnəbi zəvvarları qəbul edib.

SPA agentliyinə istinadla xəbərə görə, Banqladeşdən gələn 410 nəfər zəvvarın olduğu təyyarə Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib. Əcnəbi zəvvar qrupunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi və Mülki Aviasiya Departamentinin rəhbərləri qarşılayıblar. Bunun ardınca İndoneziya, Malayziya və Hindistandan gələn müsəlmanların olduğu təyyarələr də hava limanına enib.

Pandemiyadan öncə Həcc ziyarətinə ən çox əcnəbi zəvvar 2019-cu ildə gəlmişdi. Həmin il Səudiyyə Ərəbistanı dünyanın müxtəlif ölkələrindən 2,5 milyon müsəlmanı qəbul etmişdi. 2020-ci ildə yeni növ koronavirusun yayılması səbəbindən Həcc ziyarətində krallığın hüdudlarında yaşayan cəmi min nəfər iştirak etmişdi. Bu il isə 1 milyon daxili və xarici zəvvarın iştirakına icazə verilib. Həcc ziyarətinə iki doza COVID-19 peyvəndi qəbul etmiş 65 yaşına qədər olan insanlar qatıla biləcəklər. Əcnəbi zəvvarlar, həmçinin PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər