15 C
Baku
Friday, November 15, 2024

Orta aylıq əməkhaqqı 457,2 manat olub

Banker.az Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olmuş, onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,8 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 457,2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Digər xəbərlər